AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

ABŞ sakini öldürdüyü insanın ürəyindən yemək hazırladı

  • + A
  • - A
  • 28-02-2021, 22:06

    ABŞ sakini öldürdüyü insanın ürəyindən yemək hazırladı

    ABŞ-ın Oklahoma əyalətində hüquq-mühafizə orqanlarının əməkdaşları dəhşətli cinayət hadisələrinin üstünü açıb.

    “Report” “NBC” televiziyasına istinadən xəbər verir ki, cəzasının yüngülləşdirilməsi nəticəsində həbsxanadan azadlığa çıxan 41 yaşlı Lourens Pol Anderson üç nəfərin qətlində şübhəli bilinərək yenidən saxlanılıb.

    Anderson qurbanlardan birini qətlə yetirib və onun ürəyini çıxarıb. Daha sonra ürəyi bişirib əmisi və xalasına yedizdirməyə çalışıb.

    “KIRO7” nəşrinə görə, Anderson ailəsini cinlərdən xilas etmək üçün kartoflu ürək hazırladığını söyləyib. Bundan sonra qatil əmisini və onun dörd yaşlı qızını qətlə yetirib.

    Qeyd edək ki, Lourens Pol Anderson 2017-ci ildə şərti cəzanın tələblərini pozduğu üçün 20 il müddətinə həbs edilib. Lakin 2021-ci ilin yanvarında həbsdən sərbəst buraxılıb


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR