AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bir gündə üç maşın yandı

  • + A
  • - A
  • 11-03-2021, 10:14

    Bakı və Sumqayıt şəhərində üç avtomobil yanıb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakı şəhərinin Yasamal rayonunda “Hyundai” markalı minik avtomobilinin yanar hissələri yanıb. Yol kənarındakı kommunikasiya xətləri yanğından mühafizə olunub.

    Eyni zamanda, Sumqayıt şəhərində “Ford” markalı yük avtomobilinin yanar hissələri və yaxınlıqda dayanan “Kia” markalı minik avtomobilinin yük yeri qismən yanıb.

    Minik avtomobilin qalan hissəsi yanğından mühafizə olunub. Hər üç yanğın söndürülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR