AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səbail rayonunda narkotik vasitələrin satışı ilə məşğul olan şəxsdən 2 kiloqram heroin aşkar edilib

  • + A
  • - A
  • 12-03-2021, 13:24


    Səbail Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə və 8-ci Polis Bölməsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyat zamanı narkotik vasitələrin satışı ilə məşğul olan Elgün Həsənov tutulub.Onun üzərindən 2 büküm, yaşadığı evdən isə əlavə olaraq 2 kiloqramdan çox heroin aşkar edilib. E.Həsənov ifadəsində narkotik vasitələri satmaq məqsədi ilə əldə etdiyini bildirib.
    Faktla bağlı saxlanılan şəxs barəsində Səbail RPİ-də Cinayət İşi başlanılıb, araşdırmalar davam etdirilir.
    E.Həsənovun narkotik vasitələri əldə etdiyi mənbənin müəyyən edilməsi istiqamətində əməliyyat tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR