Göyçay rayon prokurorluğunun Azadmedia.az saytına verdiyi məlumata görə martın 16-da saat 11 radələrində Göyçay rayon sakini 1989-cu il təvəllüdlü Fətullayev Sadiq Nemət oğlunun elektrik cərəyanı vurması nəticəsində ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Prokurorluq əməkdaşları tərəfindən məhkəmə-tibb ekspertinin iştirakı ilə hadisə yerinə və meyitə baxış keçirilmiş, digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
Faktla bağlı Göyçay rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.2-ci (səhlənkarlıq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
İlkin istintaqla Sadiq Fətullayevin usta kimi işlədiyi Göyçay şəhəri, M.Ə.Rəsulzadə küçəsində tikilməkdə olan fərdi yaşayış evinin fasadına aqlay üzlük vurarkən açıq vəziyyətdə olan elektrik naqilinə toxunması nəticəsində elektrik cərəyanın təsirinə məruz qalması səbəbindən ölməsi müəyyən edilmişdir.
Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.