AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Gürcüstanda matəm elan olunub

  • + A
  • - A
  • 9-04-2021, 09:53


    Gürcüstanda aprelin 10-u matəm günü elan olunub.

    “Report”un yerli bürosu xəbər verir ki, bu barədə ölkənin baş naziri İrakli Qaribaşvili müvafiq qərar imzalayıb.

    Sabah qonşu ölkədə faciəvi şəkildə həlak olan işğalda saxlanılan Abxaziyada yaşayan Gürcüstan vətəndaşlarının xatirəsi anılacaq.

    Qərara əsasən, sabah ölkə ərazisində dövlət bayraqları endiriləcək.

    Xatırladaq ki, aprelin 7-də 4 Gürcüstan vətəndaşı Abxaziyadan Gürcüstanın nəzarətindəki əraziyə İnquri çayını keçməklə daxil olmağa cəhd edərkən boğularaq ölüblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR