AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş xanımını öldürməyə cəhd edən kişinin məhkəməsi başlayır

  • + A
  • - A
  • 15-04-2021, 12:02


    Gədəbəy rayon prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə 25 sentyabr 2020-ci il tarixdə saat 19 radələrində Gədəbəy rayonu, Qurudarə kənd sakini Məsimova Zülfiyyə Faiq qızının qəsdən öldürülməsinə cəhd edilməsi faktı üzrə Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə Gədəbəy rayon prokurorluğunda cinayət işi başlanaraq istintaq aparılmışdır.
    Cinayət işi üzrə müvafiq ekspertizalar təyin edilmiş, hadisə yerinə baxış keçirilmiş, maddi sübutlar götürülmüş, şahidlər dindirilmiş və digər zəruri prosessual hərəkətlər yerinə yetirilmişdir.
    İstintaqla zərərçəkmişin keçmiş əri Məsimov Rasim Mansır oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Zülfiyyə Mənsimovanı oğlu və azyaşlı qohumunun gözləri qarşısında bıçaqla xəsarətlər yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Rasim Məsimov təqsirləndirilən şəxs qismində cəlb olunaraq ona Cinayət Məcəlləsinin 29, 120.2.4-cü (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilmiş və barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR