Aprelin 8-nə keçən gecə Abşeron rayonunda başından güllələnən 2005-ci il təvəllüdlü Nicat Nəbiyev bu gün xəstəxanada keçinib.
APA xəbər verir ki, Məhəmmədi kəndində qeydə alınmış hadisə zamanı N.Nəbiyev ov tüfəngindən açılan atəş nəticəsində ağır xəsarət almışdı.
Qeyd edək ki, N.Nəbiyev qonşuluqda olan əkin üçün nəzərdə tutulmuş əraziyə keçib. Bu zaman qonşusu ona ehtiyatsızlıqdan ov tüfəngindən atəş açıb. Başından ağır xəsarət alan N.Nəbiyev xəstəxanaya yerləşdirilmişdi. Ancaq həkimlərin bütün səylərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.