AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Zərdabda yol polisi reyd keçirib

  • + A
  • - A
  • 22-04-2021, 17:12

     


    Zərdab Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində yol hərəkəti təhlükəsizliyinin təmin edilməsi, yol-nəqliyyat hadisələrinin və atmosferin nəqliyyat vasitələrindən atılan zəhərli qazlarla çirkləndirilməsinin qarşısının alınması məqsədi ilə profilaktik tədbirlər həyata keçirilib. Yoxlamalar zamanı atmosferə normadan artıq dəm qazı buraxan 31 avtomobilin sürücüsü barəsində protokol tərtib olunub.
    Reyd zamanı yol patrul xidməti əməkdaşları tərəfindən qeyd olunan yol hərəkəti iştirakçıları ilə maarifləndirici və profilaktik söhbətlər aparılıb, qayda pozuntularına yol vermiş sürücülər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə inzibati xəta haqqında protokollar tərtib edilməklə inzibati məsuliyyətə cəlb ediliblər.
    Qeyd edək ki, Zərdab rayonu ərazisində tərtib edilmiş tədbirlər planına uyğun olaraq hərəkət iştirakçılarının təhlükəsizliyini təmin etmək məqsədi ilə bu cür profilaktik tədbirlər mütəmadi olaraq həyata keçiriləcək.
     










     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR