AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədi sakinindən marixuana götürülüb

  • + A
  • - A
  • 16-05-2021, 11:16


    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik tərkibli vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxs saxlanılıb.
     
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, daxil olmuş məlumat əsasında polis əməkdaşları müvafiq əməliyyat-axtarış tədbirləri keçirib.  Nəticədə narkotik vasitə olan marixuanın alqı-satqısı ilə məşğul olan Hindarx qəsəbə sakini Sadiq Gözəlov saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman 3 kiloqramdan artıq marixuana və 10 qramdan artıq çətənə bitkisinin toxumları aşkar edilərək götürülüb. 
     
    Faktla bağlı Ağcabədi RPŞ-də  araşdırmalar davam etdirilir.
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR