Polis avtomobilin nömrəsinə “seks” yazan sürücünü cəzalandırdı - Foto
Bakıda avtomobilin nömrə nişanına müdaxilə edən sürücü saxlanılıb
Hadisə dünən "Beşmərtəbə” dairəsi yaxınlığında baş verib.
Belə ki, idarə etdiyi "BMW” markalı, 99 EX 551 dövlət nömrə nişanlı avtomobilin nömrəsinə müdaxilə edən sürücü Anar Şükürov saxlanılıb.
Yol polisləri hesab edib ki, Anar Şükürov avtomobilin nömrəsindəki EX həriflərinin əvvəlinə plamastrla S hərfi artırmaqla nömrənin üzərindəki Azərbaycan bayrağına qarşı hörmətsizlik edib və qayda pozub. Belə ki, o, bu hərəkəti ilə dövlət nömrə nişanına müdaxilə edərək standartdan kənar vəziyyətə gətirib.
EX seriyasını "SEX” kimi göstərən sürücü saxlanılaraq avtomobili cərimə meydançasına salınıb. (avtosfer.az)