AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Şəhid Aslan İsmayılovun doğum günü qeyd olundu

  • + A
  • - A
  • 1-06-2021, 22:28


    Bu gün Salyan rayon Sarvan kənd şəhidi - XTQ-nin Baş Leytenantı Aslan Əvəz oğlu İsmayılovun doğum günüdür. Salyan rayon İH başçısının I müavinin, Sarvan kənd ictimaiyyətinin, Sarvan kəndinin şəhidlərinin qohumlarının və Aslanın müəllimlərinin iştirakı ilə Sarvan kəndində Şəhidlərin xatirəsinə ucaldılmış Abidə Kompleksin qarşısında Şəhid Aslan İsmayılova həsr olunmuş tədbir keçirilib.

    Tədbirdə Şəhid valideynləri, məktəblilər və Salyan rayon İcra hakimiyyəti başçısının birinci müavini Etibar Hüseynov çıxış etmiş, Şəhidlərin keçdiyi qəhrəmanlıq yolundan bəhs etmişlər. Tədbir Sarvan Kənd Ərazi nümayəndəliyi Təbriz İsmayılovun və Salyan folklor evinin müdiri İnqilab müəllimin təşkilatçılığı ilə keçirilmişdir.
    [/center]
    Tədbirin aparıcısı "Sarvan Şəhidləri" və digər 3 kitab müəllifi şair-publisist Firdovsi Sarvanlı tədbiri açıq elan etmiş, şəhidlərin şərəfli ömür yolundan bəhs etmişdir. Digər çıxış edənlər də Aslanı və digər Sarvan şəhidlərini ehtiramla anmış, onlarla bağlı xatirələrindən bəhs etmişlər. Sonda tədbir şəhidlərin məzarını ziyarət etməklə başa çatıb.
    Şəhid Aslan İsmayılov nişanlı idi... Allah rəhmət eləsin!









    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR