AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabunçuda qadın qətli baş verib

  • + A
  • - A
  • 3-06-2021, 09:49


    Azərbaycan Respublikası Baş Prokurorluğunun və Daxili İşlər Nazirliyinin birgə
    MƏLUMATI

    Prokurorluq və polis əməkdaşları tərəfindən peşəkarlıqla həyata keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində Sabunçu rayonu ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayətin açılması təmin edilmişdir.
    Belə ki, mayın 31-də saat 13 radələrində Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yaşayan 1990-cı il təvəllüdlü Cəfərova Turanə İldırım qızının üzərində xəsarət izləri olan meyitinin yaşadığı evdə aşkar edilməsi faktı ilə bağlı Sabunçu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    İstintaqla müəyyən edilmişdir ki, zərərçəkmişin tanışı Əlizadə Eynur Əfqan oğlu şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Turanə Cəfərovanı sərinkeşin elektrik naqili ilə boğaraq qəsdən öldürmüşdür.
    Eynur Əlizadə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb olunmuşdur.
    Hazırda istintaq-əməliyyat tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR