AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sumqayıtda qətl hadisəsi baş verib

  • + A
  • - A
  • 7-06-2021, 10:45


    Sumqayıt şəhər prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə iyunun 06-da şəhər sakini Vahid İmanlının almış oldığı xəsarətlər nəticəsində ölməsi barədə şəhər prokurorluğuna məlumat daxil olmuşdur.
    Faktla bağlı Sumqayıt şəhər prokurorluğunda Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanmışdır.
    İstintaqla İlkin Muxtarovun aralarında yaranmış mübahisə zamanı Vahid İmanlıya zorakılıq tətbiq etməklə sağ-gicgah təpə nahiyəsinin yumşaq toxumalarına qansızma və alt çənənin ön səthinin sağ yarısının əzilmiş-cırılmış yarası xəsarətləri yetirməsi və nəticədə sonuncunun almış olduğu xəsarətlərdən ölməsi müəyyən edilmişdir.
    İlkin Muxtarov Cinayət Məcəlləsinin qeyd edilən maddəsi ilə şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda cinayət işi üzrə zəruri istintaq hərəkətləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR