AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədi sakinindən silah-sursat götürülüb

  • + A
  • - A
  • 24-06-2021, 11:27


    Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində əməliyyat tədbiri keçirilib.
     
    DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, bu barədə Ağcabədi RPŞ-yə  məlumat daxil olub. Polis əməkdaşlarının bu istiqamətdə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun Avşar kənd sakini Elyaz Qədimov saxlanılıb. Onun şəhər ərazisində yerləşən yaşadığı evə baxış keçirilən zaman 1 ədəd “TT” markalı tapança, həmin silaha məxsus 2 ədəd sandıqça və 5 ədəd patron aşkar edilərək götürülüb.
     
    Faktla bağlı Ağcabədi RPŞ-də araşdırmalar davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR