AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağsuda keçmiş məhkumdan“Kalaşnikov” avtomatı götürülüb

  • + A
  • - A
  • 20-05-2021, 11:03


    Ağsu Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri həyata keçirilib.
    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, əvvəllər dəfələrlə məhkum olunmuş şəhər sakini Rauf Şərifovun odlu silah-sursat gəzdirməsi və saxlaması barədə polis əməkdaşlarına əməliyyat məlumatı daxil olub. Keçirilən təxirəsalınmaz tədbir nəticəsində həmin şəxs Ağsu rayonu ərazisində saxlanılıb. Onun üzərinə və yaşadığı ünvana baxış keçirilən zaman 1 ədəd “Kalaşnikov” markalı avtomat silah, həmin silaha məxsus sandıqça və 30 ədəd patron aşkar edilərək götürülüb. R.Şərifov ifadəsində silah-sursatın ona məxsus olduğunu və bir neçə il öncə tapdığını bildirib.
    Faktla bağlı Ağsu Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR