AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Gördüm Azərbaycanın müdafiə naziri gəlir, vertolyotlara “qalx” əmri verdim..."

  • + A
  • - A
  • 10-08-2017, 09:59

    "Gördüm Azərbaycanın müdafiə naziri gəlir, vertolyotlara “qalx” əmri verdim..."














    Rusiya ordusunun ehtiyatda olan polkovnik-leytenantı, hərbi təyyarəçi Anatoli Zolotuxin Rusiyanın Novosibirsk vilayətinin Berdsk şəhərində yaşayır.

    Yerli telekanallardan birinə müsahibəsində Zolotuxin 90-cı illərin əvvəllərində Azərbaycanda, Gəncədə hərbi hissə komandiri olarkən sovet ordusuna məxsus olan hərbi vertlotları və texnikanı özbaşına, heç bir əmr olmadan necə qaçırdığını danışıb. Hansı ki, bu texnika müstəqillik əldə etmiş Azərbaycanın mülkiyyəti olmalıydı.

    Virtualaz.org məlumatına gərə, Zolotuxin deyir ki, Azərbaycanda xidmət edərkən dörd dəfə özbaşına hərbi texnikanın qaçırılması barədə qərar verib. O, komandirlik etdiyi hərbi hissənin Azərbaycan hakimiyyəti, yerli administrasiya tərəfindən nəzarətə alınmasından hələ altı ay əvvəl yerüstü texnikanı sərəncamında olan An-26 hərbi-nəqliyyat təyyarələri ilə Tiflisə, oradan Rusiyaya daşıdığını deyir. Daha sonra Zolotuxin bir neçə Mi-9 vertolyotunu təmir adı altında Rusiyaya, Sankt-Peterburqa göndərib ki, həmin texnika Azərbaycan ordusuna qalmasın. Baxmayaraq ki, o vaxtkı Rusiya hərbi komandanlığından Zolotuxinə texnikanın çıxarılması barədə əmr verilməmişdi. Polkovnik deyir ki, o vaxtkı hakimiyyət onları taleyin ümidin buraxmışdı, ancaq belə vəziyyətdə də onlar Rusiyanın mənafeyini düşünürdülər.

    Zolotuxin danışır ki, sonuncu dəfə o, Azərbaycan müdafiə nazirinin bir qrup silahlı hərbçinin müşayiəti ilə hərbi hissəsini nəzarətə götürmək üçün gəldiyini görəndə Mi-8 vertolyotlarından ibarət eskadrilyaya “qalx” əmrini verib.

    “Hərbi hissəni ələ keçirməyə cəhd edəndə Azərbaycan müdafiə naziri gəldi, mən onu aerodromda gördüm, onun Yak-40 təyyarəsini tanıyırdım. Gördüm ki, müdafiə nazirinin təyyarəsi endi. Aydın idi ki, həmin gün onlar aerodromu tutmaq istəyəcəklər. “Qalx” əmri verdim və öz hərbi hissəmi-aerodromda qalan 6 “Mi-8” vertolyotunu havaya qaldırdım. Biz Gürcüstana uçduq, yəni oranı tərk etdik”-Zolotuxin danışır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR