AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qaxda qaydaları pozan piyadalar məsuliyyətə cəlb edilib

  • + A
  • - A
  • 3-08-2021, 14:53


    Qax Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçən şəxslərin müəyyən edilməsi, onların maarifləndirilməsi məqsədi ilə növbəti nəzarət-profilaktik tədbir keçiriblər.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, tədbir zamanı mövcud keçidlərdən istifadə etməyərək öz həyatları ilə yanaşı digər hərəkət iştirakçılarına da ciddi təhlükə yaradan piyadalar saxlanılıb və onlarla izahedici söhbətlər aparılıb. Həmin şəxslərə yol hərəkətinin təhlükəsizliyi barədə məlumat verilib və xəbərdarlıq olunub. Edilən xəbərdarlıqlara baxmayaraq, analoji qayda pozuntusuna yol verənlər barəsində qanunvericiliyə uyğun tədbir görülüb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR