AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Quba sakinində marixuana aşkarlandı

  • + A
  • - A
  • 12-08-2021, 21:41


    Quba Rayon Polis Şöbəsinin əməkdaşları “Xaşxaş-2021” şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər planına uyğun olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə çərçivəsində apardıqları əməliyyat-axtarış tədbirləri zamanı Quba rayon Alekseyevka kənd sakini Rəşid Məmmədov saxlanılıb.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun bildirdiyinə görə Quba RPŞ-nin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində həmin şəxsin üzərinə baxış zamanı bükümlərdə marixuana aşkar edilərək götürülmüşdür. Tədbirlərin davamı olaraq saxlanılan şəxsin evində də narkotik vasitə olan marixuana aşkar edilib.
    Faktla bağlı istintaq aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR