AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Keçmiş arvadını qətlə yetirən qatilin istintaqı yekunlaşdı

  • + A
  • - A
  • 2-09-2021, 10:06


    Cəlilabad Rayon Prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə 2021-ci il mayın 28-də rayon sakini Rəna Xanaliyevanın qəsdən öldürülməsi faktı əsasında rayon prokurorluğunda istintaq aparılmışdır.
    Aparılmış istintaqla zərərçəkmişin keçmiş əri Cavid Bayramovun qısqanclıq zəminində aralarında yaranmış mübahisə zamanı Rəna Xanaliyevanın iradəsi ziddinə mənzilinə daxil olaraq bıçaqla xəsarət yetirərək onu qəsdən öldürmüşdür
    Cavid Bayramov Cinayət Məcəlləsinin 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) və 157-ci (mənzil toxunulmazlığını pozma) maddələri ilə təqsirləndilirən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmişdir.
    Hazırda cinayət işi üzrə istintaq yekunlaşdırılaraq, baxılması üçün aidiyyəti üzrə Lənkəran Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR