AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

İybilmənin bərpası üçün bu müalicə üsulu daha faydalıdır - Həkim açıqlayır

  • + A
  • - A
  • 5-09-2021, 09:33


    İybilmənin qismən və ya tamamilə itirilməsi müvafiq olaraq hiposmiya və anosmiya adlanır. Həmin xəstəliklər anadangəlmə və ya qazanılmış ola bilər. Hiposmiya və anosmiya tamamilə fərqli səbəblər nəticəsində yarana, müxtəlif orqan və toxumaların travmasının simptomları ola bilər. Ölkədə, eləcə də dünyada yayılmış yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxma zamanı da hiposmiya və anosmiyaya rast gəlinir. Yəni, bu, həmçinin COVID-19-un başlıca simptomlarındandır.

    Azadmedia.az AZƏRTAC-a istinadən bildirir ki, həkim-fitoterapevt Füzuli Hüseynov iybilmənin qismən və ya tamamilə itməsi zamanı fitoterapiya müalicəsinin faydalarından danışıb.

    Həkim bildirib ki, iybilmə güclü soyuqdəymə və müxtəlif virus infeksiyaları zamanı müvəqqəti itə bilər:

    "Qorxmaq lazım deyil, təbii haldır. Adətən iybilmənin itməsi müvəqqəti xarakter daşıyır. Bəzi xəstələr isə uzun illər iybilməni tamamilə itirirlər. Bu, daha çox allergik rinitdə burun balıqqulaqlarının şişməsi və iltihablaşması nəticəsində baş verir".

    F.Hüseynov hiposmiya və anosmiya xəstəliklərinin müalicəsində faydalı olan bir neçə fitoterapiya reseptini bölüşüb:

    "İybilmənin bərpası üçün burun dəliklərinə gündə 3 dəfə propolislə birlikdə 3-4 damcı ud hindi yağı və ya 2 damcı qarazirə yağı tökmək məsləhətdir. Bundan başqa, 1 çay qaşığı alma sirkəsinin 3 xörək qaşığı su ilə qarışımından sutkada 4-5 dəfə burun dəliklərinə 5-6 damcı tökmək faydalıdır. Hiposmiya və anosmiyanın müalicəsi zamanı ud hindi tozunun içilməsi allergiyanın qarşısını alır. Gün ərzində 3 dəfə yeməkdən əvvəl bir çay qaşığı ud hindi tozu ilə 1 stəkan su içmək faydalıdır. Bu qarışımdan 2 ay istifadə etmək mümkündür".

    Həkim-fitoterapevt iybilmənin bərpasında çörəkotu bitkisinin faydasından danışıb:

    "Bir çay qaşığı çörəkotu yarım stəkan sirkədə 5 dəqiqə qaynadılıb 1 gün sonra süzülməlidir. Daha sonra stəkan tam dolana qədər dəmləməyə qliserin əlavə olunmalıdır. İybilmənin bərpası üçün sutkada 3 dəfə 3 damcı burun dəliklərinə bu qarışığın tökülməsi məsləhətdir. Həmçinin bir stəkan suya 1 xörək qaşığı alma sirkəsi ilə 1 çay qaşığı balı qarışdırıb gündə 3 dəfə yeməkdən əvvəl 1 stəkan içmək də faydalıdır".


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR