AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Quba polisi narkotik satan şəxsi yaxalayıb

  • + A
  • - A
  • 16-09-2021, 14:26


    Quba Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı əməliyyat keçirilib.
    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupunun baş inspektoru, polis leytenantı Xəyal Talıbovun Azadmedia.az-a bildirdiyinə görə RPŞ əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində rayonun 1-ci Nügədi kənd sakini İlqar Məmmədli saxlanılıb. Həmin şəxsin evinə baxış keçirilən zaman kibrit qutularında narkotik vasitə olan marixuana aşkar olunaraq götürülüb. İ.Məmmədli həmin narkotik vasitəni İsmayıl adlı şəxsdən aldığını bildirib.
    Davam etdirilən tədbirlərlə rayonun Zərdabi qəsəbə sakini İsmayıl Əliağa oğlu saxlanılıb. Həmin şəxsin evinə baxış zamanı narkotik vasitə olan marixuana aşkar olunaraq maddi sübut kimi götürülüb.
    Hər iki faktla bağlı RPŞ-də cinayət işi başlanılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR