AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

14 kiloqrama yaxın narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb

  • + A
  • - A
  • 24-09-2021, 16:44


    Xəzər rayonunda narkotik vasitələrin qanunsuz
    dövriyyəsi ilə məşğul olan daha 7 nəfər saxlanılıb


    Xəzər Rayon Polis İdarəsinin Cinayət Axtarışı Şöbəsi və Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində rayonun Mərdəkan qəsəbələrində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan 7 nəfər saxlanılıb. Əməliyyat zamanı əvvəlcə Mərdəkan qəsəbəsi sakini Məlik Əliyev tutularaq istintaqa təqdim edilib. Onun üzərindən 2 qrama yaxın heroin, yaşadığı evdən isə 13 kiloqram 452 qram marixuana aşkar edilib. Məlik Əliyev bir müddətdir ki, narkotik tərkibli bitkilərin kultivasiyası ilə məşğul olduğunu və evindən aşkar edilən marixuananı əkdiyi çətənə kollarını qurudandan sonra əldə etdiyini bildirib.
    Həyata keçirilən digər əməliyyatlar zamanı narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 6 nəfər – Emil Abdullayev, Uruf Balayev, Kamal Əskərov, Elvin Mehtiyev, Bəxtiyar Əskərov və Valid Qurbanov da saxlanılaraq ərazi üzrə Polis Şöbəsinə gətiriliblər. Bu şəxslərdən külli miqdarda heroin və metamfetamin aşkar edilib. Saxlanılan şəxslər izahatlarında narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olduqlarını etiraf ediblər.
    Faktlarla bağlı Xəzər Rayon Polis İdarəsinin İstintaq Şöbəsində araşdırmalar davam etdirilir. Adları sadalanan şəxslər tutularaq istintaqa cəlb olunublar. Narkotik vasitələrin Xəzər rayonu ərazisində qanunsuz dövriyyəsinin qarşısının alınması istiqamətində Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən əməliyyat-axtarış tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR