AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Bakıda fiziki qüsurlu şəxs itkin düşüb

  • + A
  • - A
  • 29-10-2021, 17:03


    Suraxanı rayonuda yaşayan 1967-ci il təvəllüdlü Telman Cəfərov itkin düşüb. Onun qohumları Suraxanı Rayon Polis İdarəsinə müraciət edərək bildiriblər ki, həmin şəxs evdən çıxaraq bir daha geri qayıtmayıb. Telman Cəfərov arıq bədən quruluşludur, boyu 162 santimetrdir. Evdən çıxan zaman əynində qara rəngli gödəkçə, qara rəngli şalvar və qara rəngli ayaqqabı olub. Şəkildəki şəxsi görənlərdən və barəsində məlumatı olanlardan DİN-in "102” Zəng Mərkəzinə, həmçinin Suraxanı  Rayon Polis İdarəsinə (012) 452-02-02 və 050-433-49-47 nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.
    Qeyd edək ki, Telman Cəfərov 2-cı qrup Çernobıl əlilidir. O, yaşadığı yeri xatırlamaqda və fikirlərini izah etməkdə çətinlik çəkir.  
     
     


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR