AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Xaçmazda narkotikin təsiri altında avtomobil idarə edən şəxslər həbs ediliblər

  • + A
  • - A
  • 16-12-2021, 12:52


    Xaçmaz RPŞ-nin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində narkotik vasitələrin təsiri altında avtomobil idarə edən şəxslər saxlanılıb.
    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a məlumat verilib.

    Belə ki, Sumqayıt şəhər sakini Yaşar Abbasovun idarə etdiyi “Daewoo” və rayon sakini Rəşad Abdurəhmanovun idarə etdiyi “QAZ 33021” markalı avtomobillər rayon ərazisində nəzarət-yoxlama qaydasında saxlanılıblar. Polis əməkdaşları tərəfindən həmin sürücülərin narkotik vasitə qəbul etmələri və eyni zamanda hər iki şəxsin sürücülük vəsiqələrinin olmadığı müəyyən edilib. Polis əməkdaşları tərəfindən həmin şəxslər barəsində protokollar tərtib olunub və Xaçmaz rayon məhkəməsinin qərarı ilə inzibati qaydada həbs ediliblər
    Qeyd edək ki, bu istiqamətdə tədbirlər davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR