AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Səksən il əvvəl yoxa çıxmış sualtı qayıq tapılıb

  • + A
  • - A
  • 8-01-2022, 10:01


    İtaliyanın 80 il əvvəl yoxa çıxmış “Jantina” sualtı qayığı Egey dənizinin dibində tapılıb.

    Bu barədə “Eskpress” nəşrinə istinadla xəbər verir.

    “Jantina” sualtı qayığı Yunanıstanın Leros adasından göyərtəsində 48 dənizçi ilə çıxmışdı. Lakin 1941-ci il iyulun 5-də Böyük Britaniya sualtı qayığından buraxılan torpeda ilə batırılmışdı. “Jantina” Mikonos adasının cənubunda 103 metr dərinlikdə tapılıb. Sualtı qayığı İtaliya Hərbi-Dəniz Tarixi İdarəsinin qeydlərinin köməyi ilə tanımaq mümkün olub.

    Suya 1932-ci ilə buraxılmış “Jantina” İspaniyada vətəndaş müharibəsində iştirak etmişdi. 1941-ci il iyulun 5-də Britaniyanın “Torbey” sualtı qayığından buraxılmış 6 torpeda ilə batırılan qayıqdan yalnız 6 dənizçi xilas ola bilmişdi. AzərTac


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR