Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba regional qrupundan Azadmedia.az-a verilən məlumata görə Qusar Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz saxlanılan silahın aşkar edilməsi istiqamətində uğurlu əməliyyat tədbiri keçiriblər. Daxil olmuş məlumat əsasında keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində Bakı şəhər sakini, Qusarda qeydiyyatsız yaşayan əvvəllər məhkum olunmuş Akif Ağaxanov nömrəsi silinmiş “AKM” markalı silahı, 1 ədəd səsboğucu, 6 ədəd patron və 1 ədəd patron darağı ilə əvvəllər basdırdığı meşə ərazisindən çıxararkən saxlanılmışdır.
Faktla bağlı RPŞ-də araşdırma aparılır.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.