AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayətlər

  • + A
  • - A
  • 13-05-2021, 13:53

    Sutka ərzində baş verən cinayətlər

    Suraxanı RPİ-nin 33-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş müraciətlər əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakinləri olan 6 nəfərin bank hesablarından ümumilikdə 2352 manat pul oğurlamaqda şübhəli bilinən Bakı şəhər sakini A.Nəcəfli müəyyən edilərək saxlanılmışdır.
    Araşdırma aparılır.

    ***

    Sumqayıt ŞPİ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində Corat qəsəbə sakini M.Xəlilov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 18 qrama yaxın heroin aşkar edilmişdir. Davam etdirilən tədbirlərlə onun yaşadığı evə baxış zamanı oradan əlavə 690 qram heroin götürülmüşdür.

    ***

    Kəpəz Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən Gəncə şəhəri ərazisində 1 ədəd nömrəsi silinmiş “AK-74” markalı avtomat silahı, 6 ədəd patron, 1 ədəd “UZRQM” alışdırıcısı və “F-1” qumbarası tapılmışdır.

    ***

    Neftçala RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində şəhər sakini H.Səlimov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 670 qrama yaxın heroin və 444 qr metamfetamin aşkar edilərək götürülmüşdür.

    ***

    Mayın 11-də Gəncə şəhərinin N.Gəncəvi prospektində müəyyən edilməmiş avtomobillə yolu keçən şəhər sakini, azyaşlı E.Məmmədov vurulmuşdur. Uşağa xəstəxanada ilkin tibbi yardım göstərildikdən sonra buraxılmışdır.
    Nizami (Gəncə) Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisənin “Mercedes” markalı avtomobillə törədilməsi müəyyən edilmişdir. Xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsini törətməkdə şübhəli bilinən həmin avtomobilin sürücüsü, Gəncə şəhər sakini N.Şükürlü saxlanılmışdır.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR