AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayətlər

  • + A
  • - A
  • 20-02-2021, 14:35


    Xəzər RPİ-nin 1-ci Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbiri nəticəsində fevralın 17-də saat 3 radələrində Türkan qəsəbəsi ərazisində yerləşən daş karxanasında xuliqanlıq zəminində tüfəngdən havaya atəş açmaqda və orada işləyən 2 nəfəri döyməkdə şübhəli bilindiyinə görə saxlanılan S.Quliyevdən qundağı və lüləsi kəsilmiş “BUM” markalı ov tüfəngi götürülmüşdür.

    ***
    Şəmkir RPŞ-yə fevralın 19-da saat 3 radələrində Kür qəsəbəsi ərazisində iki nəfərin Gədəbəy rayon sakini R.İbrahimovu döyərək pulunu almaları barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakinləri, əvvəllər məhkum olunmuş E.Məmmədov və A.Qəhrəmanov müəyyən edilərək saxlanılmışlar.
    Faktla əlaqədar cinayət işi başlanmışdır.

    ***
    Salyan RPŞ-yə müraciət edən vətəndaş bir nəfərin fevralın 19-da barəsində rüsvayedici məlumat yayacağı ilə onu hədələyərək 600 manat pulunu almasını bildirmişdir.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hədə-qorxu ilə tələb etməkdə şübhəli bilinən Sarvan kənd sakini, əvvəllər məhkum olunmuş T.Əsədov müəyyən edilərək saxlanılmışdır.
    Faktla əlaqədar Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə cinayət işi başlanmışdır.

    ***
    Baş Narkotiklərlə Mübarizə İdarəsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Bakı şəhər sakini, əvvəllər məhkum olunmuş R.Mahmudov Yasamal rayonu ərazisində saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan 62 qramdan artıq heroin və 2 ədəd elektron tərəzi aşkar edilərək götürülmüşdür.

    ***
    Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində qanunsuz odlu silah gəzdirməkdə şübhəli bilinən Abşeron rayon sakini, əvvəllər məhkum olunmuş E.Fərəcov saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan “Makarov” markalı tapança və 7 ədəd patron aşkar edilərək götürülmüşdür.

    ***
    Nəsimi RPİ 20-ci Polis Bölməsi əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində Siyəzən rayon sakini, əvvəllər məhkum olunmuş M.Nadirovun Bakı şəhərində yaşadığı mənzilə baxış zamanı oradan “Makarov” markalı tapança və 6 ədəd patron aşkar edilərək götürülmüşdür.

    ***
    Lənkəran ŞRPŞ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində fevralın 18-də T.Məlikova zor tətbiq edərək çantasından 600 manat dəyərində lotoreyanı soyğunçuluq yolu ilə aparmaqda şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş M.Ağayev saxlanılmışdır. Şəxsi axtarış zamanı ondan heroin aşkar edilərək götürülmüşdür.

    ***
    Salyan RPŞ əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbiri nəticəsində narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən Bakı şəhər sakinləri S.Quliyev və A.Yaqubov saxlanılmışlar. S.Quliyevin idarə etdiyi “Toyota” markalı avtomobilə baxış zamanı oradan 3 kiloqramdan artıq heroin, 170 qram tiryək və 120 qram metamfetamin aşkar edilərək götürülmüşdür.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR