"Gənclik Mall"u su basdı, 2 mağaza fəaliyyətini dayandırdı - AÇIQLAMA
"Gənclik Mall” Ticarət Mərkəzində yerləşən iki mağaza fəaliyyətini dayandırıb.
AZTB.info-nun report-a istinadən xəbərinə görə, buna səbəb yuxarı mərtəbədə su borusunun zədələnməsi olub.
Borunun zədələnməsi nəticəsində "Zel home” və "Coincasa” mağazalarına su dolub.
Hazırda mağazaya dəymiş ziyanın məbləği müəyyənləşdirilir və problemin aradan qaldırılması istiqamətində iş aparılır.
"Gənclik Mall” ticarət mərkəzinin ictimayyətlə əlaqələr departamentinin əməkdaşı Nuranə İskəndərova məsələylə bağlı AZXEBER.COM-a deyib ki, su borusu icarəyə verilən mağazaların birində olub: "Gənclik Mall"ın -1 mərtəbəsində icarəyə verilən "Coincasa” mağazasında su borusu zədələnib və bu səbəbdən problem yaranıb. Qeyd edim ki, o mağaza bir müddət idi ki, təmir olunur və təmiri icarədar edir"