AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

"Qarabağ" - "Roma" oyununa neçə min bilet satılıb? (RƏSMİ)

  • + A
  • - A
  • 22-09-2017, 10:14

    "Qarabağ" - "Roma" oyununa neçə min bilet satılıb? (RƏSMİ)













    “Qarabağ”ın Çempionlar Liqasının qrup mərhələsinin ilk ev oyununda qarşılaşacağı “Roma”yla matçın bilet satışı davam edir. Ötən günə olan məlumata görə, artıq bu qarşılaşmaya satılan biletlərin sayı 58 000-ə çatıb.

    Satışda yalnız 2 manatlıq biletlər qalıb.

    Azarkeşlər biletləri aşağıda qeyd olunan satış məntəqələrindən və onlayn olaraq iTicket.az saytından əldə edə bilərlər. Biletləri əldə edərkən şəxsiyyət vəsiqəsi təqdim olunmalıdır.

    Qeyd edək ki, “Qarabağ” - “Roma” matçı sentyabrın 27-si saat 20:00-da start götürəcək.

    Biletlərin qiymətləri

    VIP – 50 AZN

    Kateqoriya 1 – 20 AZN

    Kateqoriya 2 – 10 AZN

    Kateqoriya 3 – 5 AZN

    Kateqoriya 4 – 2 AZN

    Şatış məntəqələri

    Asan Xidmət Mərkəzləri

    Heydər Əliyev Sarayının kassası

    28 Mall

    Gənclik Mall

    Park Bulvar (Qarabağ FK Fanshop)

    M.Rəsulzadə 3 (Azərb. k/t yaxınlığı)

    Bül-bül prospekti, Nizami küç. (Nizami k/t yaxınlığı)

    Üzeyir Hacıbəyov küç.69x (Hökümət evinin arxası)

    Qeyd edək ki, azarkeşlər qeyd olunan ünvanlarda vauçerləri biletlərlə dəyişə bilər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR