AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ağcabədidə qadın bıçaqlandı

  • + A
  • - A
  • 18-02-2022, 10:11

    Ağcabədidə qadın bıçaqlandı

    Ağcabədi Rayon Prokurorluğundan Azadmedia.az-a verilən məlumata görə fevralın 17-i saat 16 radələrində Aytən Qasımovanın Ağcabədi rayonunun Qaradolaq kəndi ərazisində yaşadığı evdə xəsarət alması barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Aparılmış ilkin araşdırmalarla zərərçəkmişin əri Raman Təhməzovun şəxsi münasibətlər zəminində aralarında yaranmış münaqişə zamanı Aytən Qasımovaya çoxsaylı bıcaq xəsarətləri yetirərək qəsdən öldürməyə cəhd etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Ağcabədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanmışdır.
    Raman Təhməzov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR