İsmayıllı Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşları hərəkətin təhlükəsizliyini təmin etmək məqsədilə şəhərin müxtəlif küçə və prospektlərində reyd keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan verilən məlumata görə, reyd zamanı müxtəlif qayda pozuntularına yol verən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər polis əməkdaşları tərəfindən müəyyən edilib. Onlara törətdikləri qayda pozuntuları izah olunub və 20-yə yaxın sürücü barəsində inzibati tənbeh tədbiri görülüb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.