AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Kürdəmir Dövlət Yol Polisi əməkdları reyd keçirib

  • + A
  • - A
  • 11-08-2021, 00:17


    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Kürdəmir Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi bölməsinin əməkdaşları tərəfindən rayon ərazisində təhlükəsizliyin təmin edilməsi məqsədilə nəzarət-profilaktiki tədbirlər davam etdirilir.
    Rayon ərazisində hərəkətin intensiv olduğu küçə və prospektlərdə keçirilən tədbirlər zamanı isıq cihazlarından və səs siqnallarından düzgün istifadə etməyən, eləcə də təhlükəsizlik kəmərindən istifadə etməyən sürücülər saxlanılıblar. Onlarla maarifləndirici söhbətlər aparılıb və yol verdikləri qayda pozuntuları barədə məlumatlar verilib.
    Tədbirlər zamanı kobud qayda pozuntuları yol verən sürücülər barəsində isə qanunamüvafiq tədbirlər görülüb.



    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR