AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 21-04-2022, 11:59

    Sutka ərzində baş verən cinayət və hadisələr

    Səbail Rayon Polis İdarəsinə aprelin 19-da saat 20 radələrində metronun “İçəri şəhər” stansiyasının yaxınlığında bir qrup gəncin Bakı şəhər sakinləri E.Bağırovu və V.Xanlarovu döymələri və E.Bağırovun mobil telefonunu almaları barədə məlumat daxil olmuşdur.
    Polis əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində quldurluğu törətməkdə şübhəli bilinən Bakı şəhər sakinləri N.Hüseynli, A.Abbasov, Sabirabad rayon sakinləri A.Şirinov, C.Qasımov, Şəki rayon sakini F.Hüseynli müəyyən edilərək saxlanılmışlar.
    Səbail Rayon Polis İdarəsində araşdırma aparılır.
    [21.04 10:30] Natiq DİN: Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün ərzində törədilmiş 71 cinayətin üstü “isti izlər”lə açılmışdır.
    - Əvvəlki dövrlərdən bağlı qalmış 11 cinayətin açılması təmin olunmuşdur.
    - Axtarışda olduğuna görə ümumilikdə 61 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 46 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.
    - Respublikanın avtomobil yollarında 1 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 1 nəfər ölmüşdür.
    - Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 41, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 3 fakt müəyyən edilmişdir.
    - Cinayət törətməkdə şübhəli bilinən 64 nəfər saxlanılmışdır.
    **

    Aprelin 20-də saat 15 radələrində Xaçmaz rayonunun Xudat şəhəri ərazisində Arzu kənd sakini E.Axverdiyev idarə etdiyi “İsuzu markalı avtomobillə yolu keçən şəhər sakini Dilşad Əhmədovanı vurmuş və nəticədə piyada hadisə yerində ölmüşdür.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    **

    Binəqədi RPİ 40-cı Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Cəlilabad rayon sakini T.Məmmədovu döyüb quldurluq yolu ilə 124 manat pulunu, mobil telefonunu, gümüş boyunbağısını və bank kartını talamaqda şübhəli bilinən Bakı şəhər sakinləri Şahlar Bayramov və Hacıəkbər Abbaszadə müəyyən edilərək saxlanılmışlar.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR