80 min nəfərin həlak olduğu Şamaxı zəlzələsindən 350 il ötdü
1667-ci ildə Şamaxı rayonunda dəhşətli zəlzələ baş verib.
"Ölkə.Az" xəbər verir ki, zəlzələ zamanı 80 min insan həlak olub və şəhərin üçdə bir hissədi dağılıb. Bu zəlzələ ən pis zəlzələ kimi yadda qalıb.
1667-ci il Şamaxı zəlzələsi haqqında Azərbaycanda olmuş məşhur holland səyyahı Jan Streys öz gündəliyində yazırdı ki, bu zaman həlak olan təkcə hərbi səfərbərliyə alına biləcək kişilərin sayı 80 mindən artıq olmuşdur. Səyahətçi həmçinin orada olduğu müddətdə də tez-tez kiçik zəlzələ təkanlarının hiss olunduğunu vurğulamışdı. Zəlzələnin gücünün 6,9 bal gücündə olduğu təxmin edilir.
Zəlzələ Rixter cədvəli ilə 6,9 maqnituda gücündə qeydə alınıb.