Azərbaycanda daha bir zəlzələ
Azərbaycanda növbəti dəfə zəlzələ olub.
AZXEBER.COM AMEA-nın Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən xəbər verir ki, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 04:02-də Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələnin 3,2 maqnituda gücündə olduğu və hiss edilmədiyi bildirilir. Yeraltı təkanlar 58 km dərinlikdə qeydə alınıb.