Aprelin 25-i saat 23 radələrində Samux rayonu, Təzəkənd kəndi ərazisində 1985-ci il təvəllüdlü Faiq Məlikovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
Aparılmış araşdırmalarla qeyd edilən kənd sakini Məlikağa Əliyevin şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı keçmiş kürəkəni Faiq Məlikova bıçaqla xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
Faktla bağlı Salyan rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
Məlikağa Əliyev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
Hazırda cinayət işi üzrə istintaq davam edir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.