AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sabirabad sakini Ağsuda qətlə yetirildi

  • + A
  • - A
  • 14-12-2021, 10:08

    Sabirabad sakini Ağsuda qətlə yetirildi

    Dekabrın 13-ü saat 19 radələrində Sabirabad rayon sakini 1992-ci il təvəllüdlü Məmmədkərim Dərgahlının Ağsu rayonu Padarqışlaq kəndi ərazisində öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olmuşdur.
    Azadmedia.az xəbər verir ki, aparılmış araşdırmalarla zərərçəkmişlərin tanışı, Padarqışlaq kənd sakini 1991-ci il təvəllüdlü Orxan Qaçayevin şəxsi münasibətlər zəmnində aralarında yaranmış mübahisə zamanı bıçaqla Məmmədkərim Dərgahlıya xəsarətlər yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilmişdir.
    Faktla bağlı Ağsu rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanmışdır.
    Orxan Qaçayev şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilmişdir.
    Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR