AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Saatlıda səyyar xidmət keçirilib

  • + A
  • - A
  • 14-06-2022, 14:58

    Saatlıda səyyar xidmət keçirilib

    Saatlı Rayon Polis Şöbəsinin Qeydiyyat və Şəxsiyyət Vəsiqəsi qrupunun əməkdaşları tərəfindən rayon ərazisində yaşayan qaçqın və məcburi köçkün soydaşlarımıza şəxsiyyət vəsiqələrinin verilməsi və etibarlıq müddəti bitmiş sənədlərin yeniləri ilə dəyişdirilməsi üzrə səyyar xidmət keçirilib.
    DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan Azadmedia az-a verilən məlumata görə, vətəndaş məmnunluğunun təmin edilməsi məqsədilə keçirilən tədbir Saatlı rayonu Əlisoltanlı kəndi ərazisindəki qaçqın və məcburi köçkün şəhərciyində baş tutub. Keçirilən səyyar xidmət zamanı ümumilikdə 24 vətəndaşın sənədləri qəbul edilib. Onların arasında azyaşlılar da olub.
    Tədbirdə əlil və fiziki qüsurlu insanlar da diqqətdən kənarda qalmayıb. Polis əməkdaşları həmin insanların yaşadıqları ünvanlara gedərək yeni şəxsiyyət vəsiqəsi ilə təmin etmək üçün onların müvafiq sənədlərini toplayıblar.
    Sakinlər onlara göstərilən bu diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, Saatlı RPŞ-nin kollektivinə öz təşəkkürlərini bildiriblər.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR