AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları reyd keçirdi

  • + A
  • - A
  • 14-06-2022, 16:13

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşları reyd keçirdi

    Biləsuvar Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən şəxslər saxlanılıb. Həmin əməliyyatla ölkə ərazisinə gizli yolla gətirilmiş 2 kiloqramdan artıq güclü təsiredən xassəyə malik narkotik vasitə, həblər və psixotrop maddə dövriyyədən çıxarılıb.
    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Azadmedia.az-a verilən məlumata görə, Biləsuvar RPŞ-nin əməkdaşlarının daxil olmuş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri ilə Bakı şəhər sakinləri Ramin Fəttayev, Vahid Ağayev və Əli Bayramov sonuncunun idarə etdiyi avtomobildə Biləsuvar rayonu ərazisində saxlanılıblar. Şəxsi axtarış zamanı Ə.Bayramovun üzərindən hazır bükümlərdə qablaşdırılmış heroin və metamfetamin aşkarlanaraq götürülüb. Əməliyyat-axtarış tədbirləri ilə müəyyən edilib ki, həmin şəxslər Biləsuvar rayonuna xaricdə yaşayan narkotacir vasitəsilə əldə etdikləri və ölkə ərazisinə gizli yolla gətirilmiş narkotik vasitə və psixotrop maddəni götürmək üçün gəliblər. Satışını təşkil etmək üçün onlara göndərilmiş ayrı-ayrı bükümlərdə 821 qram tiryək, 684 qram heroin, 810 qram metamfetamin və 40 ədəd narkotik tərkibli metadon həbi gizlədildiyi yerdən aşkarlanaraq götürülüb.

    Həmin şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan təbiri seçilib. Faktla bağlı Biləsuvar RPŞ-də araşdırma aparılır. Qeyd edək ki, təkcə cari ilin ötən dövrü ərzində Biləsuvar RPŞ-nin əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə bağlı 85 fakt aşkarlanıb, qanunsuz dövriyyədən 73 kiloqramdan artıq narkotik vasitə çıxarılıb.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR