AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Salyan rayon sakini Rabil Dadaşovun istintaqdan yayındırılması xəbərinə RƏSMİ AÇIQLAMA

  • + A
  • - A
  • 24-11-2022, 14:04

    Salyan rayon sakini Rabil Dadaşovun istintaqdan yayındırılması xəbərinə RƏSMİ AÇIQLAMA

    Narkotik vasitələrin qanunsuz dövriyyəsində təqsirləndirilən 1986-ci il təvəllüdlü, Salyan rayon sakini Rabil Dadaşovun istintaqdan yayındırılması və barəsində qətimkan tədbirinin seçilmədiyi ilə bağlı iddialar əsassızdır. DİN-dən Azadmedia.az-a verilən məlumata görə onun üzərindən 0,737 qram heroin aşkar olunaraq götürülüb. R.Dadaşovun üzərindən aşkarlanan narkotik vasitəni 1977-ci il təvəllüdlü, Salyan rayon sakini Mahir Məmmədovdan alması müəyyən olunduğu üçün polisin keçirdiyi tədbirlərlə o da saxlanılıb. Onun da üzərindən 0,916 qram heroin aşkalanıb.

    Cinayət icraatı ilə əlaqədar rayon məhkəməsinin qərarı əsasında Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən M.Məmmədov barəsində üç ay müddətində həbs, CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən R.Dadaşov barəsində polisin nəzarəti altına vermə qətimkan tədbirləri seçilib.

    Faktla bağlı Salyan Rayon Polis Şöbəsinin İstintaq şöbəsində qeyd olunan maddələr üzrə təqsirləndirilən şəxslərin cinayət işi üzrə istintaq hərəkətləri davam etdirilir.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR