Özü sağdır, amma 29 ildir ki, ölü kimi qeydiyyatdadır. Hərbi komissarlıqdan iddia edirlər ki, qətiyyən ola bilməz, sən şəhid olmusan.
Azadmedia.az sosial şəbəkələrə istinadən xəbər verir ki, Lənkəranda kurioz hadisə baş verib. Lənkəran sakini Əfqan Kərimov 18 yaşında Birinci Qarabağ müharibəsi dövründə Gəncə, Kəlbəcər, Murovda xidmət edib. Xidmət vaxtı yaralanıb. İndi 47 yaşı var, ancaq hələ də hərbi bileti, şəxsiyyət vəsiqəsi yoxdur. Əfqan özü dəfələrlə hərbi komissarlığa gedib, ona deyiblər ki, ola bilməz, bizdə məlumata görə,sən şəhid olmusan. Məsələyə qayıdacağıq.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.