Gəncədə piyadanı vuraraq hadisə yerindən qaçan sürücü saxlanılıb. DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru, polis kapitanı Eşqin Qasımov tərəfindən
Azadmedia.az-a verilən məlumata görə, noyabrın 26-də Gəncə şəhərinin İ. Cəfərli küçəsində müəyyən edilməmiş avtomobilin yolu keçən şəhər sakini N. Hüseynovanı vurması və xəstəxanaya yerləşdirilməsi barədə Gəncə şəhər Baş Polis İdarəsinə məlumat daxil olub.
Gəncə Şəhər Baş Polis İdarəsinin Təhlükəsiz Şəhər Xidməti və 2-ci Polis Şöbəsinin əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri ilə yol-nəqliyyat hadisəsinin “VAZ 2107” markalı avtomobil ilə törədilməsi müəyyən edilib. Görülmüş tədbirlərlə piyadanı vuraraq hadisə yerindən yayınmaqda şübhəli bilinən, qeyd edilən avtomobilin sürücüsü - şəhər sakini Sənan Məmmədov saxlanılaraq istintaqa təhvil verilib.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.