AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb

  • + A
  • - A
  • 30-11-2022, 16:37

    Qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb

    Bakı Baş Gömrük İdarəsi Əməliyyat və Təhqiqat İdarəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində ölkə ərazisinə qanunsuz yolla gətirilən külli miqdarda siqaretin realizə edilməsinin qarşısı alınıb.
    Belə ki, Azərbaycan Respublikası vətəndaşının idarə etdiyi “Hyundai Elantra” markalı avtomobilə baxış zamanı avtomaşının salonunda arxa oturacaqların üstündən və yük yerinə yığılmış halda, Azərbaycan Respublikasının aksiz markası ilə markalanmamış 64 adda 59.348 ədəd müxtəlif markalı siqaret aşkarlanıb.
    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR