DİN-in Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən məlumata görə, Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər ərazisində bir vətəndaşa qarşı quldurluq edən Rəfayıl Nuriyev saxlanılıb.
Dindirilmə zamanı həmin şəxs törətdiyi cinayət əməlini etiraf edib. Araşdırmalar zamanı məlum olub ki, R.Nuriyev şəhər ərazisində yerləşən şadlıq saraylarının birinin qarşısında bir nəfər şəhər sakinindən pul istəyib. Lakin sonuncu isə ona pul verməkdən imtina edib. Bu zaman isə R.Nuriyev ona xəsarət yetirərək zərərçəkənin 150 manat pulunu quldurluq yolu ilə ələ keçirib və hadisə yerindən uzaqlaşıb.
Faktla bağlı Şirvan ŞPŞ-nin İstintaq Bölməsində cinayət işi açılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib. Araşdırmalar davam etdirilir.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.