Ağstafada hoteldə əxlaqsızlıq yuvası aşkarlanıb.
"Report"un əldə etdiyi məlumata görə, Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən aparılan ilkin yoxlama hərəkətləri ilə əlaqədar keçirilən baxış zamanı Ağstafa şəhərində yerləşən "Təbriz" hotelinin 1-ci mərtəbəsində yerləşən otaqda əxlaqsızlıq yuvası təşkil olunması müəyyən edilib.
Faktla bağlı Ağstafa RPŞ-də Cinayət Məcəlləsinin 244.1-ci (Əxlaqsızlıq yuvaları saxlama, Fahişəliklə məşğul olmaq üçün əxlaqsız yuvalar təşkil etmə, saxlama və ya bu məqsədlər üçün mənzil sahələri vermə) maddəsi ilə cinayət işi başlanılıb.
Azadmedia.az-a daxil olan məlumata görə Təbriz restoran-hoteli Ağstafa İH-nin rəsmi qəzeti "Ağstafa"-nın Baş redaktoru Hacı İbrahimə məxsusdur. Restoranı oğlunun şərəfinə "Təbriz" adlandırıb.
Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.