AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Lənkəranda 10 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 19 nəfər saxlanılıb

  • + A
  • - A
  • 8-12-2022, 12:16

    Lənkəranda 10 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 19 nəfər saxlanılıb

    Lənkəranda narkotiklərin qanunsuz dövriyyəsinə qarşı son 10 gün ərzində keçirilən əməliyyat tədbirləri nəticəsində 19 nəfər saxlanılıb

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan verilən məlumata görə, Lənkəran rayon sakini E.Mehrəliyevin idarə etdiyi “Mercedes” markalı avtomobil Nərimanabad qəsəbəsi ərazisində hərəkətdə olarkən Lənkəran ŞRPŞ-nin dövlət yol polisi bölməsinin əməkdaşları tərəfindən saxlanılıb. Əsaslı şübhələr olduğundan həmin nəqliyyat vasitəsi polis şöbəsinə gətirilib. Keçirilən baxış zamanı avtomobildəki saxlanc yerindən və həmin nəqliyyat vasitəsində sərnişin qismində olan S.Sattarovun üzərindən kibrit qutularında qablaşdırılmış 271 qram marixuana aşkarlanaraq götürülüb. Bundan əlavə, Lənkəran ŞRPŞ-nin əməkdaşları tərəfindən daxil olmuş məlumatlar əsasında keçirilmiş əməliyyat tədbirləri nəticəsində son 10 gün ərzində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən daha 17 nəfər saxlanılıb. Onlardan hazır bükümlərdə qablaşdırılmış külli miqdarda narkotik maddə aşkar edilərək götürülüb.
    Lənkəran ŞRPŞ-nin əməkdaşlarının qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi istiqamətində keçirdikləri tədbirlər nəticəsində son bir həftə ərzində ayrı-ayrı şəxslərdən müvafiq sənədləri olmadan qanunsuz olaraq saxlanılan 5 ədəd ov tüfəngi aşkarlanaraq götürülüb və aidiyyatı üzrə təhvil verilib.
    Aşkarlanan faktların hər biri ilə bağlı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə inzibati protokol tərtib olunaraq baxılması üçün Rayon Məhkəməsinə göndərilib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR