AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş

  • + A
  • - A
  • 11-12-2022, 11:00

    Yevlaxdakı qəzada xəsarət alanlar futbol hakimləri imiş


    Yevlaxda avtomobil qəzasında xəsarət alanların arasında futbol hakimləri və hakim-inspektor da olub.

    AzadMedia.az "Report"a istinadən xəbər verir ki, Ceyhun Haşımov, Elmin Süleymanov, Rövşən Rəcəbov, Asif Abdullayev və Rəsul Babayev müxtəlif dərəcəli bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

    Hadisə ədalət təmsilçiləri I Divizionda “Mingəçevir” və “Qaradağ Lökbatan” komandaları arasındakı XIV tur oyunundan sonra Bakıya qayıdarkən baş verib. Onları daşıyan nəqliyyat vasitəsi Tanrıqulular kəndində qarşıdan gələn avtomobillə toqquşub.

    Qəza nəticəsində Mingəçevir şəhər sakini, 1971-ci il təvəllüdlü Əliyev Zabit Əli oğlu aldığı ağır xəsarətlərdən dünyasını dəyişib.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR