AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Sutka ərzində baş verən cinayət və hadisələr

  • + A
  • - A
  • 15-12-2022, 13:39

    Sutka ərzində baş verən cinayət və hadisələr

    Cəlilabadda məsciddən və 10 yaşayış evindən oğurluq edən həmkəndlilər saxlanılıb.

    Cəlibad rayonunun Alar kəndində yerləşən yaşayış evlərindən birindən 7000 manat dəyərində təmir-tikinti alətləri və elektrik naqillərinin oğurlanması ilə bağlı polisə məlumat daxil olub. Cəlilabad RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Ocaqlı kənd sakinləri Taleh Əhmədov və Kənan İsgəndərov müəyyən edilərək saxlanılıblar. Həmin şəxslərin ətrafında aparılan əlavə əməliyyat tədbirləri ilə onların Cəlilabad rayonunun ayrı-ayrı kəndlərində yerləşən ümumilikdə 10 yaşayış evi və 1 məsciddən məişət əşyaları və təmir-tikinti alətləri oğurlayaraq müxtəlif ünvanlarda satdıqları müəyyən edilib. Oğurlanan əşyaların bir qismi aşkarlanaraq maddi sübut kimi götürülüb. T.Əhmədov və K.İsgəndərov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.

    Faktlarla bağlı Cəlilabad RPŞ-də araşdırma aparılır.
    ***

    Dekabrın 14-də ölkə ərazisində qeydə alınan 55, əvvəlki dövrlərdən bağlı qalan 22 cinayətin açılması daxili işlər orqanlarının əməkdaşları tərəfindən təmin olunub.
    - Axtarışda olduğuna görə ümumilikdə 86, o cümlədən borclu şəxs qismində axtarışda olan 59 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
    - Respublikanın avtomobil yollarında ölümlə nəticələnən 4 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 4 nəfər ölüb.
    - Narkotiklərlə əlaqəli 21, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 2 fakt müəyyən edilib.
    - Cinayət törətməkdə şübhəli bilinən 60 nəfər saxlanılıb.

    ❗Yol-nəqliyyat hadisələri

    Dekabrın 14-də saat 7 radələrində Sabunçu rayonunun Zabrat qəsəbəsində M.Cəlilov idarə etdiyi “Daewoo” markalı avtobusla yolu keçən S.Şəfiyevanı vurub. Nəticədə xəsarətlə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
    Sabunçu Rayon Polis İdarəsində araşdırma aparılır.

    ***
    Dekabrın 14-də saat 11 radələrində Bərdə şəhəri ərazisində R.Hadıyev idarə etdiyi “KİA” markalı avtomobillə yolu keçən II qrup əlil S.Şahbazovu vurub. Nəticədə xəstəxanaya yerləşdirilən piyada orada ölüb.
    Araşdırma aparılır.

    ***
    Dekabrın 14-də saat 17 radələrində Qusar şəhəri ərazisində E.Həkimov idarə etdiyi “VAZ-21074” markalı avtomobillə yolu keçən N.Vəlibəyovu vurub və nəticədə piyada hadisə yerində ölüb.
    Qusar Rayon Polis Şöbəsində araşdırma aparılır.

    ***
    Dekabrın 14-də saat 18 radələrində Xızı şəhəri ərazisində S.Babayev idarə etdiyi “Mitsubishi” markalı avtomobillə yolun kənarında velosiped sürən Ə.Əliyevi vurub və nəticədə velosipedçi hadisə yerində ölüb.
    Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

    ❗Oğurluq

    Binəqədi RPİ 43-cü Polis Bölməsi əməkdaşlarının Binəqədi qəsəbəsindəki həyətlərin birinin saxlanc yerindən 4500 manat dəyərində məişət əşyalarının qeyri-aşkar şəraitdə oğurlanması barədə daxil olan məlumatla əlaqədar keçirdikləri əməliyyat tədbiri nəticəsində oğurluq əməlində şübhəli bilinən Bakı şəhər sakini, əvvəllər də eyni əmələ görə məhkum olunmuş Elşən Əşrəfov müəyyən olunaraq saxlanılıb.
    Araşdırmalarla onun “Binəqədi Oil” şirkətinə məxsus yarımstansiyalardan 945 manat dəyərində elektron sayğac, elektrik avadanlıqları, mühafizə hasarından 1114 manat dəyərində 113 metr dəmir boru, bir həyətyanı sahədən isə 1200 manat dəyərində kombi oğurlaması da müəyyən olunub.

    ❗Oğurluq

    Nəsimi rayonu ərazisindəki ofislərin birində Bakı şəhər sakini olan qadının əl çantasından 500 manat pul və 1400 manat dəyərində qızıl əşyasının qeyri-aşkar şəraitdə oğurlanması barədə polisə məlumat daxil olub.
    Nəsimi RPİ 21-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində oğurluq əməlində şübhəli bilinən Şəmkir rayon sakini İlkin Abbasov müəyyən olunaraq saxlanılıb.
    Araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR


    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR