AzadMedia
Telegram Facebook Twitter Youtube Instagram

Ərzaq daşıyan avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib (FOTO, VİDEO)

  • + A
  • - A
  • 21-12-2022, 14:48

    Ərzaq daşıyan avtomobildə külli miqdarda narkotik vasitə aşkar edilib (FOTO, VİDEO)

    Naxçıvan Baş Gömrük İdarəsinin Dövlət Sərhəd Xidmətinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində külli miqdarda narkotik vasitənin ölkəmizin gömrük sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

    Belə ki, “Şahtaxtı” gömrük postunda Azərbaycan Respublikasından tranzit keçməklə İran İslam Respublikasından Türkiyə Respublikasına qarışıq ərzaq malları aparan “DAF” markalı avtomobil saxlanılıb və əsaslı yoxlamaya cəlb olunub. Bu zaman kinoloji xidmət itinin reaksiyası nəticəsində, nəqliyyat vasitəsində gömrük nəzarətindən gizlədilən 4 ədəd bağlama aşkarlanıb.

    Bağlamalardan birində 15 ədəd, digər üç bağlamanın hər birində isə 18 ədəd olmaqla, ümumilikdə 69 ədəd bağlamada təmiz çəkisi 26 kq 350 qram narkotik vasitə - marixuana aşkar edilib.

    Avtomobilin sürücüsünə məxsus gödəkçədən isə gömrük nəzarətindən gizlədilən, təmiz çəkisi 0,375 qram təşkil edən psixotrop maddə - metamfetamin aşkar olunub.

    Faktla bağlı araşdırma aparılır.


    www.AzadMedia.az

    Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
    OXŞAR XƏBƏRLƏR

    Köşə
    XƏBƏR LENTİ
    BÜTÜN XƏBƏRLƏR